Sabirabad sakinini avtomobillə vuran sürücü hadisə yerindən uzaqlaşıb

23-11-2019, 02:45

Sabirabad rayonunda piyadanı avtomobil vurub, sürücü daha sonra hadisə yerindən uzaqlaşıb.
Asmedia.az
xəbər verir ki, APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə gecə saatlarında Sabirabad rayonunun Kürkəndi kəndində qeydə alınıb.
Naməlum sürücünün idarə etdiyi avtomobilin vurduğu Sabirabadın Kürkəndi kənd sakini, 1999-cu il təvəllüdlü Zülfüqarov Əhməd Sabit oğlunu kənd sakinləri yol kənarında hüşsuz vəziyyətdə aşkar ediblər. Ə.Zülfüqarov ağır kəllə-beyin travması diaqnozu ilə Şirvan Şəhər Xəstəxanasının Reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı Sabirabad Rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.


İstifadəçi paneli