Bakının mərkəzində ikimərtəbəli bina uçdu - Video

25-11-2019, 15:45

Bakıda 2 mərtəbəli yaşayış binasında uçqun baş verib.
Asmedia.az-ın “Qafqazinfo”ya istinadən verdiyi xəbər görə, son günlər yağan aramsız yağışdan sonra Nəsimi rayonu, Rəşid Behbudov küçəsi 37 ünvanında yerləşən 2 mərtəbəli bina uçub. 
Məlumata görə, həmin binada 20-yə yaxın ailə yaşayır və köhnə tikili olduğu üçün bina qəzalı vəziyyətdədir.
Aşan divar qaz xəttinin üzərində düşdüyü üçün qəza baş verib və hazırda ərazidə qazın verilməsində fasilə yaranıb. 


İstifadəçi paneli