Bakıda qadından 20 illik tanışına qarşı cinayət — ŞOK TƏFƏRRÜAT

13-10-2020, 19:46

Bakıda dələduzluq etməkdə ittiham olunan 1959-cu il təvəllüdlü Təranə Əbdülovanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

ASMEDİA.AZ-ın əldə etdiyi məlumata görə, Təranə Əbdülova tamah niyyəti ilə etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə məqsədi ilə tanışı Lətafət Abbasovanın olan 8.150 manat borcunu ödəmək üçün bankdan kredit yolu ilə pul götürməsi məsələsini asanlaşdırmaq və guya banka ödəməklə bankdan yeni kredit məbləği əldə etmək bəhanəsi ilə ona yalandan vədlər verib.

Təranə Əbdülova Lətafət Abbasovanı aldadaraq 2015-ci ilin sentyabr ayının təxminən sonlarında sonuncunun yaşadığı ünvan 3 ünvanda yerləşən mənzilində 1.650 manat pulunu, dəyəri 2.000 manat təşkil edən bir ədəd 30 qram çəkidə 750 əyarlı qızıldan olan boyunbağısını, dəyəri 1.000 manat təşkil edən bir ədəd 12 qram çəkidə 750 əyarlı qızıldan olan bilərziyini, dəyəri 750 manat təşkil edən bir ədəd 9,5 qram çəkidə 750 əyyarlı qızıldan olan boyunbağısını və dəyəri 250 manat təşkil edən bir ədəd 4 qram çəkidə 585 əyarlı qızıldan olan kulondan ibarət qızıl-zinət əşyalarını alıb.

Təranə Əbdülova pul və qızılları ələ keçirərək zərər çəkmiş şəxsə ümumilikdə 5.650 manat məbləğində ziyan vurub.

İsintaq orqanı tərəfindən Təranə Əbdülovanın barəsində Cinayət Məcəlləsinin 178.2.4-cü (xeyli miqdarda ziyan vurmaqla dələduzluq törətmək) maddəsi ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Təranə Əbdülova elan olunmuş ittiham üzrə zöünü təqsirli bilib. O, ifadəsində göstərib ki, Lətafət Abbasovanı  20 ildən artıq müddətdir tanıyır və onların arasında həmişə dostluq münasibətləri olub: “Lətafətlə söhbət edən zaman sonuncuya bildirdim ki, maddi cəhətdən vəziyyəti yaxşı olmadığı üçün qızıl-zinət əşyalarını ucuz qiymətə alıb, baha qiymətə satmaqla özünü maddi cəhətdən təmin etmək istəyir. Həmin vaxt Lətafət mənimlə razılaşdı və bildirdi ki, ucuz qiymətə qızıl-zinət əşyalarını ona verəcək və o, həmin qızılları satıb, Lətafətin pulunu ödəyəcək. Aramızda bu qaydada razılıq olduğu üçün Lətafət ümumi dəyəri 1.500 manat təşkil edən qızıl boyunbağı və qızıl qolbağı mənə verdi. Həmin vaxt qızılları nisyə olaraq satdım. Qızılları satdığım şəxs qızılların pulunu mənə vermədiyi üçün Lətafətə qızılların pulunu ödəyə bilmədim”.

Yasamal rayon Məhkəməsinin hökmü ilə Təranə Əbdülova 1 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunub.


İstifadəçi paneli