Tərtərdə intihara cəhd

27-11-2019, 21:00

Tərtərdə intihara cəhd hadisəsi baş verib.
Asmedia.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə rayonun Şixarx kəndində köçkün qəsəbəsində qeydə alınıb.
Kəlbəcərdən olan məcburi köçkün, 26 yaşlı Əli Cəfərov özünü yaşadığı binanın 4-cü mərtəbəsindən atıb.
Ağır xəsarət alan Ə.Cəfərov rayon mərkəzi xəstəxanasına çatdırılıb. Reanimasiya şöbəsində olan yaralının vəziyyətinin ağır olduğu bildirilir.
Faktla bağlı araşdırma aparılır.


İstifadəçi paneli