Oxşar xəbərlər
Dünən saat 20:00 radələrində Yasamal rayonu ərazisində Əli Əliyevin aldığı bədən xəsarətləri nəticəsində ölməsi barədə Yasamal Rayon Prokurorluğuna məlumat daxil olub.
Bu barədə Yasamal Rayon Prokurorluğunun yaydığı məlumatda qeyd olunub.
Dərhal prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilib, digər prosessual hərəkətlər yerinə yetirilib.