Bakıda daha 2 tələbə qidadan zəhərləndi

30-11-2019, 09:33

Bakıda iki tələbə qidadan zəhərlənib.
Səhiyyə Nazirliyindən Asmedia.az-a verilən məlumata görə, Nizami rayonunun NZS qəsəbəsində iki nəfərin qidadan zəhərlənməsi barədə məlumat Təcili Tibbi Yardıma saat 07:59 da daxil olub.
Ünvana gedən həkimlər oradan zəhərlənmə ehtimalı ilə 21 və 22 yaşlı tələbə oğlanları götürüblər.
3 saylı şəhər xəstəxanasına çatdırılan tələbələr kirayələdikləri evdə turşu yediklərini bildiriblər. Onlara lazımı tibbi yardım göstərilib. Müalicələri davam edir.
Xatırladaq ki, noyabrın 21-də Bakı Dövlət Universitetinin yataqxanasında da zəhərlənmə hadisəsi baş vermişdi. İlkin ehtimala görə, qidadan zəhərlənən 1 qız tələbə ölmüş, digər ikisi isə xəstəxanaya yerləşdirilmişdi. Noyabrın 26-da isə Bakıda Xəzər Universitetinin altı tələbəsi dəm qazından zəhərlənmişdi. Onlar əvvəlcə Kliniki Tibbi Mərkəzə yerləşdirilmiş, daha sonra vəziyyətləri qənaətbəxş hesab edildiyindən artıq tələbələr evə buraxılmışdılar. 


İstifadəçi paneli