Gəmiylə gələn qadın qızılla saxlanıldı - Foto

11-12-2019, 19:55

Zərgərlik məmulatının ölkə ərazisinə qanunsuz yolla gətirilməsi cəhdinin qarşısı alınıb
“Bagtyyar” gəmisi ilə Azərbaycana gələn sərnişin Gulnar Niyazmamedovanın əl çantalarında gömrük nəzarətindən gizlədilən zərgərlik məmulatı tapılıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Asmedia.az-a verilən məlumata görə, gömrük nəzarətindən gizlədilən və aşkarlanmanı çətinləşdirən üsuldan istifadə etməklə qablaşdırılan 15 ədəd boyunbağı, 14 ədəd qolbaq, 37 cüt sırğa, 86 ədəd üzük və 3 ədəd kulondan ibarət olmaqla, cəmi 2 kq 400 qram gümüş məmulatları aşkar edilib.


İstifadəçi paneli