NASA yeni nəsil kosmos kostyumunu təqdim etdi - Foto

16-03-2023, 21:11

Amerika Milli Aeronavtika və Kosmos İdarəsi (NASA) yeni nəsil kosmos kostyumunu təqdim edib. 

"Asmedia.az" xarici mətbuata istinadən xəbər verir ki, bu kostyumlar daha müasir, elastik və qadınlara uyğun hazırlanıb.

NASA-dan verilən açıqlamaya görə, astronavtlar bu geyimi planlaşdırılmış Artemis III Ay missiyası çərçivəsində Aya enərkən geyinəcəklər.

Geyimi "Axiom Space" şirkəti hazırlayıb.




İstifadəçi paneli