Xalq artisti xəstəxanaya yerləşdirildi.

7-01-2020, 16:15

Bu barədə Asmedia.az xəbər verir ki, Xalq artisti Flora Kərimova səhhətinin pisləşməsi və xəstəxanaya yerləşdirilməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirərkən deyib.
“Müayinə üçün mütəmadi olaraq xəstəxanaya gedirəm. Dörd dəfə insult keçirmişəm. Bu dəfə də durduğum yerdə başım gicəlləndi. Bizimkilər qorxduqları üçün məni xəstəxanaya apardılar.
Sonra da bu xəbərlər çıxdı. İki gün xəstəxanada qaldım. İndi isə evdəyəm. Müayinədən sonra hər şeyin qaydasında olduğunu dedilər”,- Xalq artisti bildirib.
Flora Kərimova həkimlərdən razı qaldığını qeyd edib:
“Həkimlərdən çox razıyam. Onlara güvənirəm. Hər birinə təşəkkür edirəm”.


İstifadəçi paneli