Rekord qazanan filmin aktyoru saxlanıldı.

11-01-2020, 20:46

“Coker” filminin baş rol ifaçısı amerikalı aktyor Hoakin Feniks saxlanılıb.
Asmedia.az bildirir ki, bu barədə CNN telekanalı xəbər yayıb.
Məlumat görə, aktyor iqlim dəyişikliklərinə etiraz aksiyası zamanı tutulub. Bununla bağlı yayımlanan kadrlarda onun hüquq mühafizəçiləri tərəfindən aparılması görüntülənib.
Fenikslə birlikdə amerikalı aktyor və kinorejissor Martin Şin də saxlanılıb.
Qeyd edək ki, Hoakin Feniks “Coker” roluna görə “dramatik kinoda ən yaxşı aktyor” nominasiyasında “Qızıl Qlobus” mükafatını alıb.
“Coker” filmi dünya prokatlarında bir milyard dollar toplayıb ki, bu da böyük reytinqli filmlər üçün mütləq rekord sayılır.


İstifadəçi paneli