Elməddin Cəfərovun səhhətində problem yaranıb

6-02-2020, 00:50

Bu barədə ATV-də “7 canlı” axşam şousunda süjet yayımlanıb. Videomaterialda bildirilir ki, aktyorun qəfildən özünü pis hiss etdiyi üçün təcili olaraq xəstəxanaya yerləşdirilib. 
Canlı efirə telefon zəngi edən E.Cəfərov səhhəti haqqında açıqlama verib:
“Üz sinirim iltihablaşıb. Nəticədə qulağım və üzüm çox pis şəkildə şişib. Ağrılarım var. Həkimə müraciət etmişəm. Ümid edirəm ki, yaxın bir həftə ərzində sağalıb, işimin başına qayıdacağam”.


İstifadəçi paneli