Ajda Pekkandan şok etiraf – 6 dəfə abort olub

26-04-2020, 23:06

Superstar Ajda Pekkan son açıqlamaları ilə gündəmə möhrünü vurub.
ASMEDİA.AZ xəbər verir ki, ölkəsində bir televiziya proqramında qonaq olan ulduz müğənni heç bir kişi ilə 30-40 il eyni damın altında yaşamağın mümkün olmadığını deyib: “Mən səhnədə gözəl oluram. Çünki bəzənib-düzənib çıxıram. Amma evdə pijamada oluram. Kişilər isə mənim səhnədki halımı sevirlər, məni həmişə elə gözəl görmək istəyirlər. Bu isə mümkün deyil. Buna görə də vaxtımı pişiklərimlə keçirməyə üstünlük verirəm”.
74 yaşlı ulduz ana ola bilməməsinə də aydınlıq gətirib: “6 dəfə ana olmaq şansım oldu. Amma hər dəfə dünyaya uşaq gətirməkdən qorxdum. Buna görə də uşağı götürtmək məcburiyyətində qaldım”.


İstifadəçi paneli