VİCDAN MƏHBUSU
Hər kəsin öz düşünçə tərzi,həyata baxışı,ən əsası həyatda özünü təsdiqləmə amili əsas ğötürülür.
Nazim Quliyevin 1995-ci ildə yazdığı şerləri oxuduqca Özünüdərk,millətsevərlik,Torpaqsevərlik,Bəşəri İnsanlıq hisslərini duymamaq olmur.
Desək ki, gədaların sayı kifayət qədərdir səhv etmərik.desək ki,kişilik kodeksini dərk etməyib,fizioloji quruluşuna görə “kişi”lərimizin sayı çoxalıb,yenədə səhv etmərik.Biz bütün bunların şahidi olmuşuq.Onun arxasınca danışan,Onu ağır cinayətlərdə ittiham edənlərin cərgəsində kimlər yox idi?
Gələcəkdə prezidentlik iddiasına düşənlərdən tutmuş, cəmiyyətdə özünü millətçi kimi sırıyanlara qədər.Öz arvadına sahib dura bilməyəndən tutmuş, dayısı qızını zorlayan baş redaktora qədər.Başqasının şərti ilə arvad alan nazirdən tutmuş,müttəhimi dəmir barmaqlıqlar arasında sevib, şərtlə azad edən hakimə qədər.Əslində, Nazim bəyə qarşı başlanan kompaniyada məhz ona qarşı çıxanları birləşdirən elə əxlaqsız xislətli olmaları olub.Nə idi onun günahı?Allahını sevməkmi?Kimsəsiz şəhid qaçqın, köçkün, imkansız, hüquqları tapdanmış insanlara arxa durmaqmı?Qrant dəllalarını ifşa etməkmi?Namusu, qeyrəti cəmiyyətə olduğu kimi təqdim etməkmi?Qarabağda döyüşüb yaralanmağımı?Qarabağ əlillərini himayə etməyimi?
Hesab edirik ki, arxada danışan belələrini o zamanlar siyahıya alsaydıq, on min başlıq donuz fermasına işçi tələbatını ödəyəcək siyahı alınardı.Ancaq şükürlər olsun ki, onların içərisində bir nəfər də olsun namuslu insan yox idi.Millətini, dövlətini, sevənlərin hamını Nazim bəylə birgə oldular.Priton krallarına, bar başqanlarına və onların qabından xörək yeyənlərə imkan vermədilər ki, haqq ədalət olan birsini sındırsınlar.Amma heç vaxt sındıra bilmədilər.Cünki onun öz dünyası var, cünki o haqq adamıdır.Əgər belə olmasaydı, arxasınca hürənləri yarıyolda qoyub müqəddəs Ramazan ayının ilk günlərində qısamüddətə də olsa azadlığa qovuşmazdı.Həm də ona görə sındıra bilmədilər ki, Sədrəddin hacıyev kimi şərtlə təmin edilmiş hakimlər Nazim bəydən bütün keyfiyyətlərinə görə çox-çox aşağı idi.Bütün bunlara çatmaq üçün namərd deyil, mərd olmaq lazımdır.Şəhid abidəsinə uçuran, öz gəlinini zorlayan Rəbbilə yox, Rəbbinə arxalanmalısan.Anasını hərraca qoyub hesabına yaşayan “oğlul”lara-Elnur və Ataya yox, ananın sənə verdiyi südə arxa durmalısan.Bütün bunları dərk etmək üçün isə insan olmalısan.Yoxdan Allaha da bezib.Biz isə var olan və varlığımızla qürur duyaraq, inandığımız və şahidi olduğumuz varlıqdan sizlərə də bir pay ərmağan edirik.
MƏNİ
ANLAMAYANLARA
Hərdən olur qayalardan keçəndə,
Yıxılıram, daş qanadır dizimi
Kol-kos cızır əllərimi, üzümü.
Ömrüm boyu belə deyib sözümü,
Sənətimi öz yolumda seçmişəm.
Yollarımda yıxılıram, dururam,
Döyüşlərdə vuruluram, vururam,
Elə-belə haqqa qala qururam,
Yükü çəkir əl-ayağım, kürəyim
Dözür buna gülə-gülə ürəyim.
Daşıyıram kərpicini, daşını
Ucaldıram qalasının başını,
Bilən varmı, bu qalanın yaşını
Bünövrəsi hansı əldən ötəndir,
Toz-torpağı, qumu-daşı Vətəndir.
Qayaları qardaş kimi dayanıb,
İgidləri yuxulardan oyanıb,
Gözəlləri duma kimi yayılıb,
Qatarları qaqqıldaşıb ötəndir,
Yeri-göyü, səması da Vətəndir.
Dar ayaqda meşələrə tipilib,
Kol-kosunu yara-yara gedirəm,
Heç birmirəm hara gedirəm
Gündüz işıq, gecə qara gedirəm,
Qurban olum torpağına daşına,
Nə cür getsən çatır mənzil başına.
Gəzib təbiətin qoynunda belə
Seçirəm qaranı, seçirəm ağı,
Gəzib meşələri, dolanıb bağı,
Səhər-səhər siz yatanda sübh çağı,
Olur ki, bir qaynamada çimirəm,
Bu istidir, bu soyuqdur demirəm.
Yol gedirəm yağış yağır üstümə,
Dağ-dərədən sellər axır üstümə,
Şimşək çaxır, Tanrı baxır üstümə,
Yəxılanda palçığına qurbanam,
Hər düzünə, hər daşına qurbanam.
Sizin sözünüzə haqq verən yerdə,
Haqlarıb bu qismət, bu qədər məni,
Tutmuşdu bu gündə bu kədər məni,
Daşa səngərlənən gədələr məni,
Beş addımnan güllələr bələdi,
Tanrı məni güllədeşməz elədi
Yenə də Tanrıya arxalanan mən,
Bu yollarda gülə-gülə gedirəm,
Bəmi tullamamış zilə gedirəm,
Çünki mən duyuram, mən hiss edirəm,
Onların şöhrətə uyan səsini,
Özümü gücünü, iradəsini.
Onlarla qovdu-qaç oynayanda mən
Çox da ləzzət verir meydan məzədən
Yollara tökürəm onları bəzən
Dağlara çəkiləm bir də təzədən
Bu məndə bu gedir təlimin sonu
Anlasın “saqqallı uşaqlar” bunu.
Güldürüb dünyanı əməllərimlə,
Yazıram tarixi öz əllərimlə,
Oyan ay millətim bu dərd sərimlə,
Görünsün gözünə dostun, düşmənin
Bilinsin taleyi nədir Vətənin.
Alaq çəkirəm öz bostanımda,
Qanqal cücərməsin söz bostanımda,
Mən elə durmuşam düz bostanımda
Qorxutmaz güllələr, hədələr məni,
Sındıra bilməz gədələr məni.
Mənim öz dünyam var, öz həyatım var,
Dayanıb üstündə məhəbbətimin,
Mənim bu haqq yoldan gələn səsimin
Gündə bir oğlu var nər həqiqətimin
Adını da Qalakişi qoyuram
Nə arzudan, nə həvəsdən doyuram.
Danışıb gülürəm mən özüm kimi
Haqlı söz görmürəm mən sözüm kimi
Mənim haqqı görən öz gözüm kimi
Tanrıdan başqa göz görə bilmirəm
Haqqımı heç kəsə verə bilmərəm
Çünki mənim haqqımı tək mənim deyil,
Hər millətin, hər bəşərin yoludur
Peyğəmbərin qılınc vuran qoludur
Dünyamızın həm sağıdır, soludur
Dayan millət, oyan millət, bax bu yol,
Haqq ədalət yollarıdır tanış ol.
Bəzən olur qayalardan keçəndə,
Yıxılıram daş qanadır dizimi,
Kol-kos cızır əllərimi-üzümü,
Ömrüm boyu belə deyim sözümü,
Sənətimi öz yolumda seçmişəm,
Min illər də sizdən önə keçmişəm.
Materialı hazırladı: Nəsimi Şərəfxanlı