Azərbaycanlı gənc Tbilisidə qısametrajlı film festivalının qalibi olub

4-12-2019, 20:06

Marneulidən olan etnik azərbaycanlı gənc Gülgün Məmmədxanova Tbilisidə keçirilən qısametrajlı film festivalının qalibi olub.

Asmedia.az
bildirir ki, APA-nın yerli bürosu xəbər verir ki, festivala hər biri maksimum 90 saniyədən ibarət olan 130 film təqdim edilib. G. Məmmədxanovanın "16 yaşlı arvad" adlı filmi finala vəsiqə qazanan 30 film arasında yer alıb. Bu gün Tbilisidəki "Amirani" kinoteatrında baş tutan finalda isə film birinci yerə layiq görülüb. 

Qısametrajlı film Gürcüstan İctimai İşlər İnstitutunun (GİPA) etnik azlıqlar üçün həyata keçirdiyi GİPA Media Lab proqramı çərçivəsində hazırlanıb.


İstifadəçi paneli