"Bəzən uğurlu teatr aktyorları filmdə uğurlu oynaya bilmirlər, bəzən də bunun əksi olur..."

26-11-2022, 10:52

“Məlik Dadaşovun oynadığı bütün rollar əladır. O, böyük aktyorların adları sırasındadır. O, Azərbaycan kino sənətinin qızıl hərflərlə yazılan adı olub. “Fəryad”dakı rolu da onun uğurudur və ona küçədə hücum edilməsi də normaldır. Çünki qanmaz adamlar çoxdur. Aktyor erməni rolunu da və başqa rolları da oynaya bilər. Erməni rolunu isə çox ustalıqla oynayıb. Amma bu o demək deyil ki, kimsə ona hücum etməlidir” 
Bunu aktyor Kamran Həsənli Xalq artisti Məlik Dadaşov haqqında danışarkən deyib. K.Həsənli onun “Dərviş” rolundan da danışıb:“Fəryad”da çox ustaqlıqla oynayıb, buna etirazım yoxdur. O, həm də teatrda da rolları çox uğurla oynayıb. “Dərviş Məstəli Şah” tamaşasında da “Dərviş” rolunu çox böyük məharətlə oynayıb. Tamaşada onu canlı görmüşəm. Bəzən uğurlu teatr aktyorları filmdə uğurlu oynaya bilmirlər, bəzən də bunun əksi olur. Amma Məlik Dadaşov universal idi, həm kinoda, həm də teatrda peşəkarcasına çıxış edirdi. Əgər yadınızdadırsa, Vətən müharibəsi zamanı əsgərlərimizin onun “Fəryad”dakı rolunu canlandırdılar. Bu  o deməkdir ki, Məlik Dadaşov o rolunu yaddaşlara həkk edib”.  Qeyd edək ki, Məlik Dadaşov 1924-cü il iyunun 7-də Bakıda anadan olub. 
 
Bir çox filmlərdə rol alan məşhur aktyor "Atayevlər ailəsi", "Bir qalanın sirri", "Bizim küçə", "Böyük dayaq", "Dağlarda döyüş", "Dəli Kür" və s. filmlərdə əvəzolunmaz obrazlar yaradıb. 
 
O, 1996-cı il dekabrın 2-də dünyasını dəyişib.


İstifadəçi paneli