Oxşar xəbərlər
Müğənni Xatirə İslam ATV kanalında yayımlanan “Zaurla Günaydın” verilişində toylara dəvətin az olmasından şikayətlənib.
Asmedia.az xəbər verir ki, ifaçı proqramın aparıcısı Zaur Baxşəliyevin “Müğənni paltarın dəyişəndə bilirəm ki, başqa-başqa toylardadır. Xatirə bir ayın içində 30 dənə paltar geyinibsə, deməli, 30 toya gedib” sözlərinə münasibət bildirərkən deyib:
“Daha paltar dəyişmirik, qurtardı. Marta qədər bu paltardayam. Marta qədər bu paltarı dəyişən deyiləm. Bir dənə də toy yoxdur”.
Sənəçinin sözlərini verilişdə qonaq olan həmkarı Vasif Məhərrəmli də “Bu gün sonuncu toyumuzdur” sözləri ilə təsdiqləyib.