Oxşar xəbərlər
Aktyor Kıvanç Tatlıtuğ 6 seriyalıq layihədə Mustafa Kamal Atatürkü canlandırmaqdan imtina edib.
Asmedia.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, buna səbəb aktyorun başqa layihəyə razılıq verməsi olub. Kıvanç “Ya istiqlal, ya ölüm” serialından gələn təklifi rədd etməsini belə əsaslandırıb:
“Ən çox oynamaq istədiyim obrazlardan biri Atatürk olduğu üçün bu təklif qürur verdi. Ancaq daha əvvəldən razılaşdığım başqa layihə var idi. Bu səbəbdən TRT-nin təklifinə, təəssüf ki, müsbət cavab verə bilmədim”.