“İşçilərinizi yaxşı tanımırsınız”

22-01-2020, 22:27

“Çalışdığım telekanal inciməsin. Mənim 25 illiyimi təbrik etmədilər. Çox təəssüf edirəm. Siz işçilərinizi yaxşı tanımırsınız”.
Asmedia.az xəbər verir ki, bunu aparıcı Mətanət Əliverdiyeva “Baku” TV-də yayımlanan “Baku Live” səhər şousunda qonaq olarkən deyib.
Aparıcı çalışdığı ATV telekanalını tənqid edib. Mətanətin bu addımı atmasına səbəb isə kanalın onun yaradıcılığının 25 illiyinin təbrik etməməsi olub:
“Məni aparıcısı olduğum “Beş Gəlin” proqramının kollektivi təbrik etdi. Sənədlər var, kim neçə ildir çalışır, yazılıb. İlk “Baku” TV məni təbrik etdi. Həm radio, həm televiziya sahəsində az iş görməmişəm. Bir rinq olsun, görün, Mətanətlə kim bacarır?”


İstifadəçi paneli