Türkiyənin məşhur aktyoru- 16,8 il müddətinə azadlıqdan məhrum edildi - FOTO

4-02-2020, 21:46

Türkiyədə narkotik əməliyyatı çərçivəsçində həyata keçirilən həbs zamanı altı polisi yaralamaqda təqsirli bilinən məşhur aktyor Adnan Koç və qardaşlarına hökm oxunub.Bu barədə Asmedia.az “GazetaVatan”-na istinadən xəbər yayıb.
Bildirilir ki, Adnan Koç və qardaşı Əhməd Koç 16,8 il, digər qardaşları Mehmet Hayri Koç 17,6 il müddətinə azadlıqdan məhrum olunublar. Aktyorun qohumu Şeymuz Koç və Mehmet Pınarbaşı isə hər biri dörd il 9 ay 15 gün müddətinə həbs olunublar.
Qeyd edək ki, Adnan Koç “Muhteşem Yüzyıl” serialında “Bəhram paşa” rolu ilə tanınmışdı.


İstifadəçi paneli