Xalq artisti Rafael Dadaşov filmlərə az çəkilməsinin səbəbini açıqlayıb.
Asmedia.az xəbər verir ki, aktyor bu haqda "Zaurla Günaydın" verilişində deyib. O bildirib ki, şəxsi münasibətlərin qurbanı olub:
"İncəsənət sahəsində şəxsi münasibətlər olmamalıdır. Rəhbərlik tərəfindən mənə münasibət başqa idi. Universitetə imtahan verəndə Adil İsgəndərov dedi ki, sən get, niyə gəlmisən? Mən də durub getdim. Rektor Rahib Hüseynov saxladı məni və geri qaytardı. Sonra onunla mübahisəm düşdü. Dedi ki, səni Adil İsgəndərov inistituta götürmürdü. Ona dedim ki, kişi ol, atanın qisasını övladan almazlar. Onda anladım ki, niyə məni filmə çəkmədilər. Adil İsgəndərov uzun illər kinostudiyanın rəhbəri olub. "Dəli Kür", "Qayınana" kimi filmlərə çəkilməli idim, qoymadı. "Var olun qızlar" filminə çəkiləcəkdim. Dedilər ki, Adil İsgəndərov qoymur".