Oxşar xəbərlər
Xalq artisti Flora Kərimova bu dəfə dilində qüsur olan sənət adamlarını ələ salıb.Axşam.az xəbər verir ki, ifaçı "Show news" verilişində sənətçilərə səslənib:
"Bir adan oxuyanda, özünü öndə görüb, amma mahnıda "ç"nı "j,c" deyirsə, özünə hörmətsizlik edir. "Çəmən cöl, çiçəy-çiçəy" - deyir, eşitmir öz sözlərini? Nitqi qüsurlu müğənninin bu səhnədə yeri yoxdur. İstəyir Zeynəb Xanlarova, İlahə Quliyeva, Flora Kərimova, Şövkət Ələkbərova olsun, səhnədə ona yer yoxdur.
Bir şeydə özünü xoşbəxt saya bilər. Amma elə etməsin ki, millətin gözündən düşsün. Onlar bu cür ifa ilə pilləkənləri qalxmırlar, düşürlər. Özümə hörmət edirəm, "mənəm-mənəm" demirəm".