“Space”in efirində daha bir məşhur yıxıldı - Video

27-11-2019, 21:21

Müğənni Aynur Dadaşova “Space”in efirində yıxılıb. “Qafqazinfo” xəbər verir ki, sənətçinin Əməkdar artist Almaz Ələsgərlinin aparıcılıq etdiyi “Onda başladıq” proqramında başına iş gəlib.
O, mahnı oxuyarkan səhnədə ayağı burxularaq yerə yıxılıb. Aynura aparıcı və verilişin qonaqları- müğənni Niyam Salami və aktyor Məcid Hüseynov kömək edib. Sənətçi daha sonra ayağa qalxaraq ifasına davam edib.
Maraqlısı odur ki, sözügedən kanalın səhər proqramında müğənni Almaz Ələsgərli də ayağı büdrəyərək yerə yıxılmışdı.  




İstifadəçi paneli