Röya qazaxlı nənənin evini təmir etdirəcək

17-12-2019, 16:14

Xalq artisti Röya Ayxan Qazax rayonun Quşçu Ayrım kəndində videosu lentə alınan Əsmər Cəfərovanın evinin təmir xərclərini öz üzərinə götürüb. 
Asmedia.az Axşam.az-a istinadən xəbər verir ki, sənətçi bunun üçün ötən gündən həmin bölgəyə yollanıb. Bu gün isə sözügedən qadının evində qonaq olub.
Qeyd edək ki, videonu Tural Yusifli paylaşmışdı və görüntülər geniş rezonansa səbəb olmuşdu. Onu da bildirək ki, Ə.Cəfərova şəhid anasıdır.


İstifadəçi paneli