Oxşar xəbərlər
“Hər vəziyyətdən çıxa bilirəm. Heç zaman ruhdan düşmürəm. Nikbin insanam. Nə qədər məni əzsələr də, güclənirəm. Mübariz insanam. İndiyədək hər yerdə qazanaraq bu yaşa çatmışam”.
Asmedia.az xəbər verir ki, bu sözləri Xalq artisti Xuraman Qasımova İTV-də yayımlanan “Dikdaban” verilişində deyib.
Sənətçi söhbət zamanı bacısı Fidanı çox sevdiyini dəfələrlə vurğulayıb:
“Xaricdə müsabiqədə qalib oldum, gəldim ki, anamın dəfnidir. Qalibiyyət sevincimi yaşaya bilmədim. Amma bilirəm ki, valideynlərim bizimlədir. Zəhmətimizin bəhərini canlı görməsə də, hiss edirlər. Amma bacım Fidan var. O, mənim tacımdır, nəfəsimdir”.