Ramiz Mehdiyev ona vəzifə verdi - Foto

13-11-2019, 00:23

AMEA Rəyasət Heyəti aparatının İctimaiyyətlə əlaqələr, mətbuat və informasiya şöbəsinə yeni müdir təyin olunub.
Asmedia.az "Qafqazinfo"ya istinadən  xəbər verir ki, bu barədə AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev müvafiq sərəncam imzalayıb. Sərəncama əsasən, sözügedən vəzifə Filologiya üzrə fəlsəfə doktoru Ağahüseyn Şükürova həvalə edilib.
A.Şükürov bu gün akademiyanın Əsas binasında keçirilən tədbirdə kollektivə təqdim olunub.


İstifadəçi paneli