Oxşar xəbərlər
Qloballaşan dünyada Azərbaycan dilinin, milli kimliyin və mədəniyyətin qorunması məsələsi Azərbaycan diasporu üçün vacibdir. Xaricdəki həmyerlilərimiz üçün "Azərbaycan dili" dərsliyi Diasporla İş üzrə Dövlət Komitəsinin təşəbbüsü və dəstəyi ilə hazırlanıb. Daha bir neçə ölkədə "Qarabağ" məktəblərinin açılması nəzərdə tutulub.Asmedi.az Trend-ə istinadən bildirir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov "Respublika" qəzetinə müsahibəsində 2020-ci ildə rəhbərlik etdiyi qurumun məqsədləri haqqında danışarkən deyib.