Qarabağ münaqişəsi 2020-ci ilin gündəliyində mühüm yer tutacaq.

10-01-2020, 16:54

Dağlıq Qarabağ münaqişəsinin nizamlanması 2020-ci ildə ATƏT-in gündəliyində mühüm yer tutacaq.
Asmedia.az xəbər verir ki , “Krasnaya Vesna”nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Albaniyanın Xarici İşlər naziri Edi Rama deyib.
Çıxışın mətni təşkilatın saytında dərc edilib.
Sənəddə bildirilir ki, Minsk qrupunun Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə səyləri, Cenevrə beynəlxalq müzakirələri və onunla əlaqədar mexanizmlər, eləcə də Dnestryanı nizamlama prosesi təşkilatın gündəliyində vacib yer tutacaq.


İstifadəçi paneli