Deputatlığa namizədlərin sayı.

13-01-2020, 22:17

Deputatlığa namizədlərin sayı 1099 nəfərə çatıb.
Bu barədə Asmedia.az xəbər verir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) - verdiyi məlumata görə, 2020-ci ilin fevralın 9-a təyin olunmuş növbədənkənar parlament seçkilərində iştirak üçün müraciət edən 2431 nəfərdən 1099-nun namizədliyi qeydə alınıb. 
Üç seçki dairəsində namizədliyi irəli sürülən namizədlərin hamısı - 1 saylı Şərur-Sədərək seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 3 saylı Babək-Kəngərli-Naxçıvan seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 3 nəfər, 105 saylı Tovuz seçki dairəsindən deputatlığa namizədliyi irəli sürülən 9 nəfər qeydə alınıb. 
Ümumilikdə ən çox deputatlığa namizədlərin qeydə alındığı seçki dairəsi isə 87 saylı Ağsu-İsmayıllı seçki dairəsidir. Bu seçki dairəsində 24 nəfərin deputatlığa namizədliyi qeydə alınıb.


İstifadəçi paneli