Ermənilərin Şuşa yaxınlığında mülki vertolyotu vurmasından 28 il ötür

28-01-2020, 08:16

Şuşa şəhəri yaxınlığında vertolyotun erməni silahlı birləşmələri tərəfindən vurulmasından 28 il ötür. 
Asmedia.az xəbər verir ki, 1992-ci il yanvarın 28-də Ağdamdan uçan Mi-8 tipli mülki vertolyot Şuşa rayonunun Xəlfəli kəndi üzərində vurulub. 
Erməni silahlı birləşmələrinin Xankəndi istiqamətindən açdığı atəş nəticəsində vurulan vertolyotda 41 sərnişin və 3 ekipaj üzvü oƏksəriyyəti qadın və uşaqlar olan sərnişinlər və ekipaj üzvləri - 44 nəfərin hamısı həlak olub. 
Həmin kütləvi qətliamdan 28 il keçməsinə baxmayaraq, bu qanlı cinayətə görə heç kim məsuliyyətə cəlb olunmayıb.lub. 


İstifadəçi paneli