Nazir daha bir tanınmış generalı təqaüdə göndərdi

31-01-2020, 22:05

Daxili İşlər Naziri, general-polkovnik Vilayət Eyvazov məşhur general-mayor Həsən Şirinovu təqaüdə göndərib.
Asmedia.az “Qafqazinfo”-ya istinadən xəbər verir ki, H.Şirinov nazirin əmri ilə xidmətdə olmanın son yaş həddi ilə bağlı olaraq Bakı Şəhər Baş Polis İdarəsinin Maddi-Texniki Təminat üzrə müavini vəzifəsindən azad olunub.
H.Şirinov bu gün nazir V.Eyvazov tərəfindən qəbul edilib.
Onun daxili işlər orqanlarında uzun müddət xidmət etdiyini, dövlətçilik prinsiplərinə sadiqliyini, cinayətkarlığa qarşı mübarizə və ictimai asayişin qorunması sahəsində fərqləndiyini, habelə 70 illik yubileyini nəzərə alaraq Həsən Şirinovu Daxili İşlər Nazirliyinin Fəxri fərmanı ilə təltif edib.
Bakı ŞBPİ-nin mətbuat katibi, polis mayoru Elşad Hacıyev məlumatı təsdiqləyib.


İstifadəçi paneli