İqbal Ağazadə şikayət etdi, MSK qərar verdi

14-02-2020, 20:11

Xatırladaq  ki, Mərkəzi Seçki Komissiyasının iclası keçirildi.
Asmedia.az axar.az istinadla xəbər verir ki, iclasda Ümid Partiyasının səlahiyyətli nümayəndəsi Taleh Əliyevin fevralın 9-da Milli Məclisə seçkilərlə əlaqədar 35 saylı Xətai üçüncü seçki dairəsinin seçki məntəqələrində iddia edilən pozuntularla bağlı müraciətinə baxıldı.
MSK prosedura uyğun olaraq, müraciətə müvafiq dairə seçki komissiyasında baxılması haqda qərar verib.
Qeyd edək ki, 35 saylı Xətai üçüncü seçki dairəsində Ümid Partiyasının deputatlığa namizədi bu partiyanın sədri İqbal Ağazadə olub.
Sözügedən dairədə “Yeni Müsavat” media Qrupunun rəhbəri rauf Arifoğlu 49,2 faiz səslə qalib gəlib.  


İstifadəçi paneli