REJİM ELZA SEYİDCAHANDAN QORXDU-FOTO

22-02-2020, 19:57

Anti-milli parlament seçkiləri bu dəfə də tragikomik hadisələrlə gündəmi zəbt etdi. Rejimoloqların müxalifətdən yal hesabına əldə etdiyi dezertir-satqın şenokdan başlamış, arvadına müştəri axtaran xalq şairlərinə kimi bu dəfə də ortaya atılmışdılar. Namizədlər içərisində hər kəsin deputatxanada görmək istədiyi ekstravaqant- Elza Seyidcahan ətrafında baş verənlər onu sevənləri məyus etdi.
Elza Seyidcahanın yenilikçi şəxs olduğu hər kəsə bəllidir. Heyvan qədər özünü apara bilməyən məmur naxırının tükürpədici epizodik rollarından fərqli olaraq Elza Seyidcahanın heyvanlara yaşatdığı gözəl anlar, davranışı ilə minlərlə insanın öz evinin zoo-maqazinə çevirməsinə səbəb oldu. Hətta ata və anasını döyüb evdən qovan şortu biznesin sürüşkən titullu üzvləri belə qucaqlarına it-pişiyini alıb mavilərin teleaparıcılıq etdiyi mavi ekranda özlərini sevgi carçısı kimi nümayiş etdirməyə başladılar. Minlərlə medallı artist, jurnalist, şair, yazıçı ictimai fəallardan fərqli olaraq Elza Seyidcahan illərdir ki, gündəmin apofeozudur.
Hər kəs bilir ki, deputatxanaya təyin edilən 125 nəfərdən tək birinə - Elza Seyidcahana güzəşt edilcəydi, xalqın adından danışan tək şəxs də elə ELZA olardı. Anti-tezis hazırlamadan demək olar ki, hökumətin trolları ELZA Seyidcahandan qorxduqlarına görə onu deputatxanaya buraxmadılar və döydürdülər. bu ölkədə sahibsiz küçə itlərinin sayından çox olan fəxri adlı, statuslu hərşeyşünaslarla Elza Seyidcahanın fəaliyyətini müqayisə etsək, reytinqinin öndə olduğu bəlli olar. 

Elza Seyidcahan şerlərilə belə hər kəsi önlədi. Təəssüflər olsun ki, Elzanın deputatxanaya müğənni kimi qatılmağa ikman verilmədi ki, deputatxanada təmsil olunan lallar, karlar, korların yuxuları ərşə çəkiləcəkdir.
Bir də gördün ki, Elza Seyhidcahan öndə, arxasında ləyaqətli və şərəfli heyvanlar parlamentə daxil olub, məğlub və qürursuz Azərbaycan Respublikasının suverenliyi, ərazi bütövlüyü, azadlığı naminə, aclıq və səfalət içində çabalayan millət naminə həbsxanalarda istismar edilən 30 min məhkumun azad olunması naminə 30 ildir ki, girovluqda cinsi istismarın alətinə çevrilmiş 1 700 nəfər azərbaycanlı qız-gəlinlərin azadlıqları naminə mövqe sərgiləyir və s. Təəssüf ki, xalqımız yenə də despot zombilərin sifətlərini görməyə məcbur olacaq. Elza Seyidcahanın məyus olmağına heç bir əsas yoxdur. Çünki biz elə bir məmləkətdə yaşayırıq ki, şərəfli və ləyaqətli vətəndaş mövqeyindən çıxış edən bütün insanlar həbsdə və mühacirətdədirlər. Elza Seyidcahan isə günaşırı ekspert, münsif, jüri, artist, ictimai-siyasi fəal kimi xalqımızı təəccübləndirməyə davam edəcək. Bütün bunlara baxmayaraq, biz də nə vaxtsa hüquqi-demokratik dövlət yoluna qədəm qoyarıqsa, o zaman “Qədəmin mübarək, Elza xanım!”- deyəcəyik. 

Aslan Tuncay







İstifadəçi paneli