OMBUDSMAN, YOXSA AMORALİZM FƏLSƏFƏSİ- FOTO

23-02-2020, 21:47

Ölkəmizdə insan və vətəndaş hüquq və əsas azadlıqlarına qarşı mübarizə aparan təsisatlardan Ombudsmanın adını çəksək, yalnışlığa yol vermərik. Apardığımız araşdırma nəticəsində yüzlərlə arqument və faktlar bunu deməyə əsas verir. Son olaraq Ombudsmanın vətəndaşa ünvanladığı 2/20016-16 və 2/22770-19 saylı cavab məktublarını oxuyarkən insanın bədənindən Ombudsman virusunun təri tökülür.

Vətəndaş Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsini rəhbər tutaraq etdiyi müraciətə: Ombudsman rüşvətxor-bürokratik aparat sayağı despot cavab verir. Sanki bu adamlar Ombudsman haqqında Qanunu oxumayıb, oxuyublarsa, başa düşülməyib, başa düşülübsə, düz başa düşülməyib. Sanki bu qurumun vəzifəsi, vəzifəli şəxslər tərəfindən pozulan insan hüquqları və azadlıqlarının bərpa edilməsi üçün təsis edilib.

Vətəndaşların şikayətini araşdırmaq əvəzinə, cinayətkar şəbəkənin bleflərini özünə president edir. Məhz bunun səbəbidir ki, bu gün ölkəmizdə şüurlu olan hər kəs Ombudsmanın insan qatilinə çevrilmiş orqanlardan fərqləndirmir. Yaxın zamanlarda həbsxanalarda qanunsuzluq, kasıblıq, faşizm ucbatından qətlə yetirilmiş yüzlərlə şəxsin ölüm faktları, Müalicə müəssisəsində hər gün cinsi istismarın alətinə çevrilmiş ağ xalatlı xəstə həkimlərlə, həbsxanada dünyaya atasız uşaq gətirən Lamiyə, Aydan, Könül, Tənzilələrlə bağlı istintaq aparılarkən Ombudsmanın cavabdeh qismində məsuliyyətə cəlb edilməsində heç kəsdə şübhə yeri qalmayacaq.

Kommunist nomenklaturasından qalma aşağı səviyyəli Ombudsmançılar bilməlidirlər ki, onların missiyası insan hüquqlarını tapdalayan despot orqanların dəbilqəsi deyil, insan hüquqlarının müdafiəsi üçün təsis edilmişdir. Əgər onlar öz vəzifə borclarını bircə faiz yerinə yetirmiş olsaydılar, ölkəmiz insan və vətəndaş hüquq və əsas azadlıqlarının reytinq cədvəlində 162- dövlət arasında axIrdan birinci yerdə qərarlaşmazdı, nüfuzlu beynəlxalq təşkilatların Qətnamə və Bəyanatları mənfi imicli personajının ənənəvi sakininə çevrilməzdi. 
Amil



İstifadəçi paneli