HƏBSXANALARDA VƏZİYYƏT BƏRPA EDİLİR...
TİBB MÜƏSSİSƏSİ “OBŞAKIN” HİMAYƏSİNDƏDİR
2005-ci ilin 19 fevralında Azərbaycan həbsxanalarında qeyri-leqal fəaliyyət göstərən, oğru qanunlarına, ideologiyasına söykənən vəziyyət (“polojeniya”) daxili qoşunların total hücumu nəticəsində dağıdılmış “Obşak” və “Bratva”ları fiziki-cismani işgəncələrə məruz qoyulmuşdur.
Bundan sonra hökumətin universal ssenarisi üzrə pristupni mir iki qola – Nadir Səlifov (Lotu Quli) və Rövşən Lənkəranski fraksiyasına bölünmüşdür. İki qütblü çaxnaşmada mənfəət götürən yalnız hakimkiyyət nümayəndələri olmuşdur. Rövşən Lənkəranskinin ölümündən, Lotu Qulinin azadlığa çıxdığından sonra STATUS-KVO yenidən dəyişilərək vəziyyət pul qazanmağa hesablanmış hər iki tərəfin xeyrinə konfidensial konsesus bərpa edilmişdir.
Katyol, obşak və bratvalar həbsxanalarda bir qayda olaraq motel kimi fəaliyyət göstərən TSH-də (sançast) yerləşmişdir. Hazırda zavallı, hüquqsuz, qanunsuz məhkumların problemləri, talehləri bu tip talehsiz debillərin ümidinə qalmışdır. Son illər yüzlərlə məhkum yüklü edilmiş problemlərdən qurtulmaq üçün doğmalarını belə evsiz-eşiksiz qoymuşlar. Sözsüz ki, Qanunlar, ədalət olmayan yerdə əxlaq da olmaz!
Mir Sədi