Azərbaycan Ordusunda valideyn görüşləri təxirə salındı

14-03-2020, 19:21

Azərbaycan Ordusunda valideyn görüşləri müvəqqəti dayandırıldı.
Bu barədə Müdafiə naziri general-polkovnik Zakir Həsənov xidməti müşavirədə tapşırıq verib. 
Mövsümi yoluxucu xəstəliklər və koronavirus infeksiyasına yoluxma ehtimalının qarşısının alınması məqsədi ilə ölkədə həyata keçirilən qabaqlayıcı tədbirlərdən danışan Müdafiə naziri hərbi hissələrdə müvafiq tibbi və sanitar-epidemioloji tədbirlərin gücləndirilməsini tələb edib.
Nazir hərbi hissə və müəssisələrdə dezinfeksiya işlərinin gücləndirilmiş rejimdə davam etdirilməsi, hərbi qulluqçuların mütəmadi maarifləndirilməsi, eləcə də şəxsi gigiyena qaydalarına riayət olunmasına diqqətin daha da artırılması, o cümlədən kütləvi tədbirlərin keçirilməsinin məhdudlaşdırılması və valideynlərlə görüşlərin müvəqqəti dayandırılması barədə bir daha göstəriş verib.


İstifadəçi paneli