İşğal altındakı Azərbaycan ərazilərdə daha iki nəfərdə koronavirus aşkarlanıb.

10-04-2020, 20:01

Azərbaycanın işğal altında olan ərazilərində daha iki nəfərin koronavirusa yoluxduğu məlum olub.

ASEMDİA.AZ-ın məlumatına görə, hazırda onların əlaqədə olduğu şəxslər müəyyənləşdirilir.

Daha bir neçə nəfərin isə koronavirus şübhəsi ilə özünütəcrid olunduğu bildirilir. Onların koronavirusa yoluxub-yoluxmadığı aparılacaq test nəticəsində məlum olacaq.

Qeyd edək ki, bundan əvvəl işğal altında olan ərazilərdə 3 nəfərdə koronavirus aşkarlandığı açıqlanmışdı.


İstifadəçi paneli