Rusiyadan Gürcüstana transfertlər kəskin azaldı

15-04-2020, 16:29

Rusiyadan Gürcüstana transfertlərin həcmi 2020-ci ilin martında 25,39 milyon dollar təşkil edib.
ASMEDİA.AZ xəbər verir ki, bu məlumatı Gürcüstan Milli Bankı yayıb. Məlumata görə, keçən ilin analoji dövrü ilə müqayisədə Rusiyadan transfertlər 28,32% azalıb.
Ümumilikdə Gürcüstana xaricdən mart ayında 125,9 milyon dollar pul köçürülməsi həyata keçirilib. Bu, keçən ilin martıyla müqayisədə 9% az olub.
Bununla belə hələ də xaricdən Gürcüstana ən çox pul köçürülməsi Rusiyadan həyata keçirilir. Ondan sonrakı yerlərdə İtaliya, Yunanıstan, ABŞ və İsrail dayanır.


İstifadəçi paneli