Yeni oyun: havayı neft “sürprizi” qapıda

23-04-2020, 18:08

Post-pandemiya dövründə dünyanı yeni sürprizlər gözləyir.
Bu sözləri iqtisadçı ekspert, millət vəkili Vüqar Bayramov Texas markalı (WTI) neftin qiymətinin sıfırlanmasına və dünya iqtisadiyyatının gələcək taleyi ilə bağlı danışarkən deyib.
V.Bayramovun sözlərinə görə, neftin qiyməti sıfıra yaxınlaşır və artıq digər birjalar da dalğalanır:
“Koronavirus pandemiyası dünya iqtisadiyyatında yeni “oyun qaydaları” müəyyənləşdirməkdə davam edir. Bu artıq yeni dünya düzəninə cəhd kimi də dəyərləndirilə bilər. Deməli, post-pandemiya dövründə dünyanı yeni sürprizlər gözləyir. Pre-pandemiya dövrü isə xəyal olaraq qalmaqdadır. Həm siyasi, həm də iqtisadi kontekstdən dünyada yeni düzənə hazırlıq başa çatmaqdadır”.


İstifadəçi paneli