Özbəklər Rusiya-Qazaxıstan sərhədinə toplaşır

4-07-2020, 21:28

Rusiyanın Maştakovo və Qazaxıstanın Saqarçin sərhəd-keçid məntəqəsi yaxınlığında Özbəkistan vətəndaşlarının toplanması müşahidə edilir.
ASMEDİA.AZ xəbər verir ki, bu məlumatı Özbəkistan Xarici İşlər Nazirliyi yayıb.
Nazirlik hazırda Özbəkistanın Moskvadakı və Nur-Sultandakı səfirlikləri, eləcə də Kazan və Aktaudakı konsulluqlarının situasiyanı nəzarətdə saxladığını bildirib.
Rəsmi Daşkənd Rusiya və Qazaxıstanın müvafiq orqanları ilə danışıqlar apardığını açıqlayıb.
Xarici İşlər Nazirliyi qeyd edib ki, 1 iyundan etibarən Rusiyanın müxtəlif şəhərlərindən Özbəkistan vətəndaşlarının ölkəyə geri dönmələri üçün 25 çarter reysi təşkil edilib, bu həftənin sonuna qədər isə Novosibirsk, Kazan, Yekaterinburq, Moskva və Rostov-Dondan reyslər gözlənilir:
“Bununla əlaqədar olaraq Rusiya ərazisində olan həmvətənlərimizdən Rusiya-Qazaxıstan dövlət sərhəd keçid məntəqələrinə getməyə cəhd etməmələrini və öz yerlərində qalaraq, bütün karantin tədbirlərinə ciddi riayət etmələrini xahiş edirik”.


İstifadəçi paneli