Rusiya, ABŞ və Fransa Dağlıq Qarabağla bağlı təşəbbüslə çıxış edəcək

2-10-2020, 09:32

Rusiya, ABŞ və Fransa yaxın vaxtlarda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslərlə çıxış edəcək.

asmedia.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Fransa prezidenti Emmanuel Makron Avropa İttifaqı sammitinin birinci gününün nəticəsi ilə bağlı keçirilən brifinqdə bildirib.
"Rusiya, ABŞ və Fransa ATƏT-in Minsk qrupunun həmsədrləri kimi ən yaxın vaxtda Dağlıq Qarabağda münaqişənin dayandırılması üzrə bir sıra təşəbbüslər irəli sürəcəklər", - o deyib.


İstifadəçi paneli