NAZİM QULİYEVİN GÖZLƏRİNƏ DİK BAXA BİLMƏYƏNLƏRİN HƏBSXANA İSTERİKASI

27-11-2019, 04:37

Məşhur və cəsur, İdeal jurnalist Nazim Quliyev 11 ildir ki, heç bir hüquqi əsas olmadan, siyasi sifarişlə, ehtimal və mülahizələrlə, müxalifətin şenok truppasının informasiya çamurları üzrə suverenliyi, azadlığı, təhlükəsizliyi uğrunda Qazi olduğu vətənində girov saxlanılmaqdadır.
            Ruhunu, mənliyini satmış, istifadə limitləri bitmiş, çörəkləri yaltaq-yalaqlıqdan, şər-böhtandan çıxan f...-fərarilər, hərşeyşünaslar yenidən “aktivləşdirilib”.
            Nazim Quliyevin həbsxanadakı repressiya illərini belə özlərinə isterik dərd bilən cinayətkar şəbəkə İnstagram-Facebook-Youtube sosial mediasında arsenallarındakı – Nazim Quliyevi şərləməkdən ötrü istifadə etdikləri satellitlərini, vələdzına soysuzları İdeal qəzetin keçmiş əməkdaşı kimi təqdim edib, cəmiyyəti çaşdırmaqdadır?!
            Qürursuz və məğlub konsentrik dairələrin arxasına arxa olduğu onurğasız subyektlər – 2002-ci ildən başlayaraq Nazim Quliyevə qarşı hazırlanmış qondarma cinayət işlərinin (No.76654; No. 99432) əsas personajları kimi istifadə edilmişlər. 
            Artıq heç nəyi gizlətmək olmur. Adqoyma kampaniyası bitdi. Son 28 ildə Türk dünyası Nazim Quliyevin şərlənməsində istifadə olunanları, o cümlədən medallı fərari generalları, anasına və özünə güclü partnyor axtaran ictimai-siyasi f....-ri, reketləri, PKK-rı, terrorçuları, rühünü, mənliyini, əqidəsini satan hərşeyşünas heç kimləri tanıdı!!!
            İndi hesablaşmaq və xəyanətlərə cavab vermək vaxtıdır. İndi Nazim Quliyevin söylədiklərinə diqqətlə qulaq asmaq lazımdır. Etiraf edək ki, hələ 2000-2006-2008-ci illərdə Nazim Quliyevin İdeal qəzetdə de-şifrə etdiyi epetik degeneratları “hökumətimiz” müdafiə-mühafizə etsə də, nəhayət və nəhayət gec də olsa böyük yanlışlıqlarının 70 faizini düzəltmək əzmindədir. 
            Əlbəttə ki, bu dünyaya kişi belindən gəlib, kişi kimi getmək hər adamın nə başı üçün, nə də ki, kimliyi üçün deyil. Yalnız öz epoxasının ritmi ilə yaşayan Nazim Quliyev kimi insanlar böyük, hörmətli, məşhur olurlar. Hər bir insan da, olmaq istədiyi qədərində kölə və yaxud azaddır. 
            Dəyərli və sevgili Millətimiz artıq bilir və tələb edir ki, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi, təhlükəsizliyi uğrunda canından və qanından keçərək Qazi olmuş Nazim Quliyev kimi oğulları soysuz, əxlaqında çox birləşib, 28 ildir ki, yolunuzu gözləyən 12 rayonu işğaldan azad edib, Namus ləkəsini ciddi problemləri olan ruhsuz bicbalaların ağızları ilə şərləmək, həbsxanada girov saxlamaq deyil, ətrafında üzərimizdən silməliyik. 
            Qubadlı, Şuşa, Cıdır restoranlarına deyil, el-obamıza, elimizə dönmək vaxtı deyilmi?
            Qarabağa, Zəngəzura, Göyçəyə qayıtmaq istəmirsiniz?

Sultan Ərdoğan


İstifadəçi paneli