“İşğal olunmuş torpaqların hamısı Azərbaycana qaytarılacaq”.
İdealmedia.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu bu gün Bakıda keçirdiyi mətbuat konfransında deyib.
“Bu razılaşmanın altında Ermənistan baş nazirinin imzası varmı? Var. Bu, ölkəni də razılaşmaya təhkim edir. Daha əvvəl atəşkəsi pozduq, yenə pozarıq desələr, - 3 dəfə pozublar, cavabını alıblar,- belə bir vəziyyətdə də bədəlini ödəyəcəklər. Azərbaycan qan tökməyə həvəsli deyil. Azərbaycan bu məsələni sülh yolu ilə həll etmək üçün çox səbir edib. Bundan sonra seçim Ermənistanındır.
Burada sülh olarsa və Azərbaycan torpaqları geri qaytarılarsa, bundan hər kəs faydalanacaq. Kimə daha çox fayda verəcək?! Region ölkələrinə. Bura Ermənistan da daxildir”,- deyə Çavuşoğlu qeyd edib.