Oxşar xəbərlər
İndiki mərhələdə Rusiya-Ukrayna müharibəsini diplomatiya yolu ilə sonlandırmaq mümkün deyil.
Bu sözləri Almaniya kansleri Olaf Şolts deyib.
Kansler bildirib ki, Rusiya bu prosesə mane olur və Ukrayna ruslara güzəştə getməməlidir:
"Hazırda bizi narahat edən bu qanlı müharibə ilə Putin ilk növbədə, danışıqlar zamanı əvvəllər görülmüş bütün səylərin üstündən xətt çəkib".
O deyib ki, diktatorlar nəhayət anlamalıdır ki, müstəqil ölkələrin ərazilərini ələ keçirmək mümkün deyil:
“İlk növbədə Rusiya başa düşməlidir ki, diktatura dünyası ideyası işə yaramayacaq. Sadəcə flomasterlə ərazini gəzə və “bura indi mənimdir” deyə bilməzsən. Ona görə də diktatura dünyası olmayacaq, fərqli anlayış olmalıdır”.