"Qarabağdakı mənbələrimizdən öyrəndik ki, Ruben Vardanyan özünün ən sadiq adamlarından biri olan Mesrop Arakelyanın maliyyə naziri təyin edilməsinə Nikol Paşinyandan razılıq ala bilmir".
Bunu "Hraparak" nəşri yazır.
Məlumatda bildirilir ki, Paşinyan vaxtilə onun müşaviri, sonra sosial məsələlər naziri olmuş və 4 aydan sonra istefa vermiş M.Arakelyanın Xankəndində vəzifəyə təyin olunmasının əleyhinədir. Baxmayaraq ki, noyabrın 5-də separatçı rejimin qondarma "dövlət naziri" Ruben Vardanyanın müşaviri təyin edilən M.Arakelyan müharibədən sonra Paşinyanın kabinetində çalışıb, sosial məsələlər naziri postunu tutub. Maraqlıdır ki, erməni mənbələri indi də Arakelyanın Ermənistan hakimiyyətinin maliyyə blokuna rəhbərlik etməsi və onun razılığı olmadan bir addım belə, atılmadığını iddia edirlər.