İndi də bacısı hədələyir - ABŞ-a SƏRT XƏBƏRDARLIQ ETDİ

20-02-2023, 10:30

Şimali Koreya liderinin bacısı, İşçi Partiyası Mərkəzi Komitəsinin departament rəhbərinin müavini Kim Yo Çjon ABŞ-ın Koreya yarımadasındakı hərəkətlərinə cavab veriləcəyi barədə xəbərdarlıq edib.
Asmedia.az​​​ xəbər verir ki, bu barədə Şimali Koreyanın Mərkəzi Teleqraf Agentliyi məlumat yayıb.
“Sakit okeandan atış poliqonumuz kimi istifadə tezliyi ABŞ-dan asılıdır”, – deyə o bildirib.
Onun sözlərinə görə, Pxenyan son vaxtlar Koreya yarımadasında Amerikanın strateji zərbə silahlarının hərəkətinin fəallaşdığını müşahidə edir.
"Biz bunun dövlətimizin təhlükəsizliyinə təsirini diqqətlə öyrənirik. Əgər bu, hər hansı birbaşa və ya dolayı təhdid kimi qiymətləndirilərsə, müvafiq tədbirlər görəcəyik", - deyə Şimali Koreya liderinin bacısı qeyd edib.




İstifadəçi paneli