Oxşar xəbərlər
Bu gün Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı, eləcə də Müsavat başqanının müavinləri Səxavət Soltanlı, Fərəc Kərimli və Razim Əmiraslanlı Bakı Şəhər Baş Polis İdarəsində (BŞBPİ) olublar.
"Qafqazinfo" xəbər verir ki, bu barədə Gülağa Aslanlı sosial şəbəkədə yazıb.
O bildirib ki, idarədə onlara noyabrın 12-də paytaxtda hər hansı bir aksiya keçirəcəkləri təqdirdə məsuliyyətə cəlb olunacaqları barədə xəbərdarlıq edilib.