Azərbaycan - Ukrayna Beynəlxalq Alyansın sədri: "Günahı rəhbərdə axtarmaq ənənə deyil"

3-01-2024, 17:03

"Yanvarın 1-də vəkil Zaur Məmmədovun özünü yandıraraq intihar etməsi xəbəri hər birimizi dərindən sarsıtdı. Hadisənin Vəkillər Kollegiyasının önündə və 28 dekabrda qeyd olunan Vəkil günündən çox az gün keçmədən baş verməsi bir çox insanda hadisə ilə bağlı yersiz şübhələrin yaranmasına səbəb oldu".
 


Bunu ASMEDİA-a açıqlamasında Azərbaycan - Ukrayna Beynəlxalq Alyansın sədri Elmar Məmmədov bildirib:
 
"Hadisədən və onun təfərrüatlarından öz məqsədləri üçün istifadə etmək istəyən insanlar üçün bu baş verənlər əlverişli şərait yaratdı. Bu gün sosial şəbəkələrdə, müxtəlif xəbər saytlarında heç bir araşdırma olmadan öz mülahizələrini irəli yürüdərək reytinq qazanmaq istəyən dırnaq arası siyasətçilər az deyildir. Amma nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin uğurlu siyasətinin nəticəsi olaraq, ölkədə baş verən bütün qanunsuz hərəkətlər, o cümlədən, intiharlar və səbəbləri Daxili İşlər Nazirliyinin aidiyyatı əməkdaşları tərəfindən araşdırılaraq müəyyən olunur, ədalətli qərarlar verilir. Həmçinin, bu intihar hadisəsinin də tezliklə qaranlıq tərəfləri və mərhumun niyə bu yola əl atması aydın olacaq və ictimaiyyata açıqlama veriləcəkdir. 
Əgər mərhumun dostunun qeyd etdiyi kimi, Zaur Məmmədov verdiyi “rüşvət”in geri qaytarılmaması səbəbilə özünə sui-qəsd etmişdirsə, bu hadisənin özü bir vəkilə yaraşmayan hərəkət olmuşdur. Zənnimcə, bu özü mərhuma qarşı edilmiş hörmətsizilikdir.
Bu gün Vəkillər Kollegiyasının sədri Anar Bağırovun haqqında yazılan və həqiqəti əks etdirməyən məlumatlar hər birimizi məyus edir. Hər kəs Anar Bağırovu işini vicdanla görən, bütün vəkillərə eyni yanaşma edən və onlara  daim əlçatan bir insan kimi tanıyır. Bu yersiz yazılara və onların paylaşılmasına imkan verməməliyik. Dünyasını dəyişən vəkil Zaur Məmmədova isə Allahdan rəhmət və ailəsinə səbr diləyirik.


İstifadəçi paneli