KÜÇÜK!!!

6-03-2024, 16:12

İDEAL Qəzet
№1(235)5
05 dekabr 2005-ci il
                                                       “KÜÇÜK”
...Bir gün hər dəfə Fili görən kimi ona kənardan hürən küçüyün səsindən bezən meşə əhli küçüyə başa salmağa çalışır ki,ay küçük,axı o Fildir,sən küçüksən.
Ona heç nə edə bilmərsən.
Küçük cavab verir ki,məndə bilirəm o Fildir və mən ona heçnə edə bilmərəm.Amma kənardan baxanlar bizim kimi düşünmürlər.Elə bilirlər ki,mən Fildən qorxmuram.
Nədənsə mən həmişə Rauf Arifoğlunun AzTV-də seçki qabağı çıxışlarına baxanda,orada müqayisəmin obyektivliyinə inanmaq üçün onun “Yeni Müsavat” da dövlət başcısı İlham Əliyevin əleyhinə yazdığı yazıları oxuyanda fillə küçüyün əhvalatını xatırlayıram. 
Bir vaxtlar “Lider”TV- nin “Kuklalar” proyektində də Rauf Şenoku beləcə olduğu kimi,yəni küçük təsvirində göstərərdilər.
Ümumiyyətlə insanların hamısı fərdi olaraq hansısa heyvana oxşayır və məncə Rauf Şenok bu oxşatmadan qətiyyən qaçmamalıdır.

Həm də bu küçük məsələsinin başqa bir tarixçəsi də var ki, Arifin oğlu bunu keçmiş kimi yaşayıb.
Məsələn,indi müttəfiq,”Şenok” da rus sözü olub,dilimizə “küçük” kimi uyğunlaşır.
Baxmayaraq ki,indi KQB divarları arasında özünün həkimə ehtiyyacı olan Əli İnsanov da Rauf Şenoku “neondertal” adama bənzətmişdir.
Bu yazı daha çox həm fil,həm də Sərdar Cəlaloğlunun ayaması fonunda Raufun bir məxluq kimi xarakterizəsinə həsr olunub.

Rauf “ Müsavat” Partiyasında da türkün sözü küçük adamdır və göründüyü kimi heç olmasa post və axlaq etibarı ilə ondan böyüklər prezidentə münasibətində əsla küçük kimi hürmürlər.
Aydınca görünür ki,Şenok (ifadə S. Cəlaloğluna məxsusdur –red.) məhz hürməklə həqiqətən də ictimaiyyətə göstərmək istəyir ki,filə hürən cəsarət yiyəsidir.

Zaman göstərib ki,Rauf Şenokun məqsədləri qətiyyən Müsavatın məqsədləri ilə üst-üstə düşmür.
Bu adam məhbəsdə öz həyat yoldaşının yanında,həyat yoldaşı ilə birlikdə qəribə həddə yoxlanışa məruz qaldığını bütün Avropaya car çəkəcək qədər həyasız, abırsız varlıq,qızını baş nazir görmək iddiasında bulunan axmaq siyasətçi,bütün ailə üzvlərinin yaşam tərzi və şəkillərini qəzet səhifələrinə çıxaracaq qədər fərddir...

Rauf Şenok bütün karyerası boyu xəstənin xəstəliyinə, ölənin ölümünə,tutulanın həbsinə sevincini gizlədə bilməyən, fəqət Allah qarşısında “dizlərini yerə qoyan”, namaz qıldığı yerdəcə tabeliyində olan xanım əməkdaşı əxlaqsız hərəkətlərə təhrik edən “türkcü”, “millətçi” və guya ki,  "kişidir”. Yəni kişi də deyil! 
Mən inanıram ki,bu Şenokun haqqında heç vaxt belə təmkinli, qərəzsiz və informativ yazı yazılmayıb.

Ona da inanıram ki,2003 –cü ildə “hakimiyyəti süpürüb Xəzərə tökən” və dərhal Xəzərə “Bayıl” ın pəncərəsindən boylanan R.Şenokun haqqında ən maraqlı,həm də təsirli yazılar məhz bizim təqdimatımızda olacaq.
Üstündən ayaqlayıb keçdiyi keçmişi,yenə də altında qalan bu günü kompramatlarla zəngin olan Şenoku “XXI əsrin Zərdabisi" səviyyəsində görən və onunla məhz belə davranan Əli Həsənovun, Əflatun Amaşovunun qulağından tutub silkələmək kimi çıxmasın:
bu həmin Rauf Şenokdur ki,milli müstəqil mətbuatımıza jurnalistin döyülməyini, qələmin söyülməyini gətirib,tək KİV – in istehsal etdiyi informasiyaya deyil, onun özünə də, əmtəə kimi yanaşmasını təmin edib ki,bütün bunların acı nəticələri göz önündədir.
İndi alınıb satılması mümkün olmayan KİV ya yoxdur, ya da ki, sayladır.
Əgər mübarizə demək mümkünsə,bütün hərəkətlərinin əsas əsl mahiyyəti iqtidarın heç olmasa artıq tikələrini gəmirməli olan Rauf Şenokun mətbuata töhfəsi budursa başqa sözlə, Əli Həsənov Əflatun Amaşovu nailiyyət deyib bunu nəzərdə tutursa, o zaman təklif edirəm ki,bir də belə qələt eləməsin.

Adamın ağzına-ağzına döyərlər,sonra da...
Onun bir qardaşı da var,həm də varisidir. 
Bir vaxtlar “ Aləm” adında erotik qəzet çıxarırdı. 
O zaman bu erotik qardaşları vaxtında başa saldılar ki,bu qəzeti ancaq ailə üzvləriniz üçün çıxara bilərsiniz.
Geniş auditoriya üçün qadağandır.
Bu da erotik cütlüyün türkcü,millətçilik savaşı. 
Onlar üçün pul gətirən hər bir davranış əhəmiyyətlidir.
İndi də inqilab deyə,çığırtısı götürüb “ Aləm” i.
İnqilab isə Azərbaycandan daha çox onun təbii ölçüləri ilə şəxsi həyat tərzi üçün vacibdir.
Vacibdir ki, o şüurunda da inqilab edib birdəfəlik qansın ki,küçüksən, küçük kimi yaşamalısan. 

Sənin Filnən nə işin,ay küçük ?!
Ümumiyyətlə çox ağrılı sonluqdur. 
Böyüyəsən, böyüyəsən, böyüyəsən axırda “İDEAL"ın güzgüsünə boylanıb görəsən ki,küçüksən ki, küçüksən ... 
P.S. Bizim işimiz küçüklə idi... Fil qardaş isə özü bilər, kimi yeyər, kimi...sabaha saxlayar.
________________________________________
İş № 1-122 2006-cı il 
Azərbaycan Respublikası adından
HÖKM
Xətai Rayonu Məhkəməsi
Hakim Tahir AbduLrəhim öğlu İsmayılovun sədrliyi məhkəmə katibi Elman Xanlaroğlu Abdıyevin  xüsusi ittihamçılar Rauf Arif oğlu Abbasoun nümayəndəsi Mübariz Zülfüqar oğlu Qarayevin, Elşad İslam oğlu Abdullayevin, Qüdrət Müzəffər oğlu Həsənquliyevin nümayəndəsi Fazil Şamil oğlu Nəsibovun, Ağgül İstrafil qızı Məmmədovanın, Natəvan Arif qızı Məmmədovanın nümayəndəsi Yusif Vəliyullah oğlu Arıxovun, Rəmziyyə Həmzə qızı Abdullayevanın nümayəndəsi Yaqub Şamaryayeviç Şamaryayevin, Xəqani Dəmir oğlu Əsgərovun iştirakı ilə Nazim Telman oğlu Quliyevin Azərbaycan Respublikasının CM-nin 147.1., 147.2., 148-ci maddələri ilə təqsirləndirilməsinə dair xüsusi ittiham qaydasında materiallara Bakı şəhəri Xətai Rayon məhkəməsinin binasıda açıq məhkəmə iclasında 2006- cı il Mayın 18- də baxaraq
 
Məhkəmə mövcud sübutlara qiymət verərək hesab edir ki, Nazim Telman oğlu Quliyevin Azərbaycan Respublikasının CM –nin 147 və 148 –ci maddələri ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi sübuta yetirilmir.
Azərbaycan Respublikasının CPM –nin 42.1.4-cü maddəsinə əsasən təqsirləndirilən şəxsin ona qarşı irəli sürülmüş ittihamda təqsirliyi sübuta yetirilmədikdə onun barəsində bəraət hökmü çıxarılmalıdır.
Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının CPM- nin 42, 321, 356, və 384- cü maddələrini rəhbər tutaraq
HÖKM ETDİ:
Nazim Telman oğlu Quliyevin Azərbaycan Respublikasının CM- nin 147.1., 147.2., 148-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi sübuta yetirilmədiyindən ona bəraət verilsin.
Qərardan 20 gün müddətində Xətai Rayon Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Apellyasiya Məhkəməsinin Cinayət və İnzibati hüquqpozmalara dair işlər üzrə məhkəmə kollegiyasına apellyasiya şikayəti və apellyasiya protesti verilə bilər
Sədrlik edən: Tahir İsmayılov



İstifadəçi paneli