AZƏRSU ASC-də SOYĞUNÇULUQ İSLAHATLARI DAVAM ETDİRİLİR!!!

7-03-2024, 13:51

AZƏRSU ASC-nin sabiq rəhbəri Qorxmaz Hüseynov vəzifəsidən uzaqlaşdırılarkən çoxları düşünürdü ki, Köçərli Həsənli ona münasibətdə adam olacaq.  Ancaq görünən budur ki, bu gün AZƏRSU ASC-nin rəhbərliyinin mahiyyəti murdar kanalizasiya suyundan fərqlənmir. “AS MEDİA”-ya daxil olan çoxsaylı şikayətlərdən məlumdur ki, statusundan aslı olmayaraq, xüsusilə Qarabağ qazilərinə qarşı repressiya dalğası sərhəd tanımır. Qarabağ qazisi Yusifli Əsgər öz ərizəsində bildirir:

“Sabunçu ərazisində tikdiyim mənzilə sayğac quraşdırılmasından ötürü məndən 2000 manat  rüşvət tələb etdilər. Qazi olduğumu bildirsəm də, xahiş-minnət etsəm də sonda məndən 1100 manat aldılar”.

Abşeron rayon ərazisində yaşayan digər bir qazi ərizəsində bildirir:

“Hər gün qapımız döyülür, borclu olduğumuz iddia olunur, 20-50 manat alıqdan sonra əl çəkib gedirlər, nə edək? kimdən kimə şikayət edək?”

Nəsimi rayon  Süleyman Rüstəm küçəsində fəaliyyət göstərən “BUTA” restoran sahibləri bildirir:

“Nəsimi Sukanal İdarəsinin soyğunçularına rüşvət ödəməkdən bezmişik. Fərqli çeşiddə müraciət edən şəxsiyyətsizlər bizim onlarla qanuni danışığımızın fonunda Nəsimi Su Kanal İdarəsinin rəisi Vüsal Musayevin, DTX rəisi Əli Nağıyevin qohumu olduğunu bildirməklə gözümüzün odunu alırlar”. 

Yenə də Nəsimi rayon Azadlıq prospekti, Rəşid Behbudov küçəsində yaşayan sakinlər reket Vüsal Musayevin bandasının əməllərindən bezdiklərini bildirirlər.

Təəccüblüdür, yenicə yaranmış xidmətin rəhbərliyi Zaur Mikayılov  prezidentin etimadını belə doğruldur?!

 Vətəndaş məmnunluğu budurmu?!  Qarabağ qazilərinə olan münasibət budurmu?! 

Sukanal İdarəsinin rəhbələrinin peysərləri qalındırsa vətəndaş ölməlidir?!


İstifadəçi paneli