Ermənistanın xarici investorlar üçün cəlbedicilik reytinqi durmadan aşağı düşür. Artıq bir sıra iri beynəlxalq şirkət Ermənistan hökumətinə qarşı Beynəlxalq Arbitraj Məhkəməsinə iddia qaldırıb.
AS Media xəbər verir ki, bu barədə “Pastinfo.am” saytı məlumat yayıb.
“Bu şirkətlər arasında “Sanitek International Group”, “Amulsar Investor Ventures” MMC, Zəngəzur mis-molibden kombinatının səhmlərinin 12,5%-nə sahib olan “Lydian International Ltd və İsveçrənin Walnort Finance Limited” MMC şirkəti yer alır. Sözügedən şirkətlərin müxtəlif sənaye maraqları var - tullantıların toplanmasının təşkilindən qızıl, molibden və mis hasilatına qədər. Lakin onların hamısı Paşinyan hakimiyyətə gəldikdən sonra Ermənistan hökumətinin hərəkətlərinin qanuniliyinə və ya cinayətkar hərəkətsizliyinə etiraz edir, çünki bunun nəticəsində xarici investorlar böyük itkilərə məruz qalıb”, - məlumatda deyilir.